|
Ələt bələdiyyəsi
|
Ələt bələdiyyəsi
|
Sədr
|
Azad Musayev
|
544-15-66
|
|
Müavin
|
Samir Mehdiyev
|
544-15-66
|
|
Müavin
|
Lamiyə İsmayılova
|
544-15-66
|
Toponim kimi dənizdən görünən yer mənasını daşıyan Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40-50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar.
1881-1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921-1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir
- Ərazisi – 321 km2 - Əhalisi –13537 nəfər - Sənaye müəssisələri – 6 - Təhsil ocaqları - 6 - Səhiyyə ocaqları -2 - Uşaq bağçaları- 2 - Mədəniyyət evi -1 - Kitabxana- 2 - Məscid-1
|