|
Müşfiqabad qəsəbəsində 2011-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
27.01.2012 Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinın Başçısı Süleyman Mikayılov, başçının müavinləri, aparatın məsul işçiləri, qəsəbə nümayəndəsi yanında Şuranın üzvləri, qəsəbə nümayəndəliyinin məsul işçiləri, Müşfiqabad bələdiyyəsinin üzvləri, qəsəbədə yerləşən idarə, müəssisə, təşkilat rəhbərləri və qəsəbə ictimaiyyət nümayəndələri iştirak etmişlər. Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəliyinin qəsəbənin sosial-iqtisadi inkişafı üzrə 2011-ci ildə görülmüş işlər və qəsəbə nümayəndəliyinin fəaliyyətinin yekunlarına dair hesabatı dinlənilmişdir. Hesabat məruzəsində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi respublikanın hərtərəfli və sürətli sosial-iqtisadi inkişaf strategiyasının 2011-ci ildə ölkə üzrə yekunları barədə məlumat verilmiş, respublika üzrə 2011-ci ildə uğurlu sosial-iqtisadi inkişafın Qaradağ rayonunda nəticələri haqqında danışılmışdır. Müşfiqabad qəsəbəsinin sosial-iqtisadi inkişafı üzrə 2011-ci ildə görülmüş işlər və qəsəbə nümayəndəliyinin fəaliyyətinin yekunları ilə bağlı ötən il ərzində qəsəbədə Dövlət Proqramları və Qaradağ rayonunun daxili imkanları hesabına yeni tikilmiş, əsaslı təmir edilmiş və ya yenidən qurulmuş obyektlər, qəsəbə ərazisində həyata keçirilmiş quruculuq və abadlıq işləri, qəsəbə sakinlərinin elektrik enerjisi, təbii qaz, su, kanalizasiya və sair kommunal xidmətlərlə təchizatının və istehlak olunan enerji daşıyıcılarının ödənişinin vəziyyəti barədə geniş danışılmışdır. Məruzədə qəsəbə nümayəndəliyində 2011-ci ildə sənədləşmə, kargüzarlıq işlərinin, qəsəbə nümayəndəsi yanında Şuranın iclaslarının keçirilməsinin, əlamətdar tarixi günlər və dövlət bayramları münasibəti ilə tədbirlərin təşkilinin, vətəndaşların qəbulunun, müraciətlərinə və təkliflərinə baxılmasının vəziyyəti barədə məlumatlar öz əksini tapmışdır. Müşfiqabad qəsəbə nümayəndəliyi qəsəbənin bundan sonra da sosial-iqtisadi inkişafının sürətləndirilməsi, qəsəbədə quruculuq və abadlıq işlərinin genişləndirilməsi və sakinlərin sosial problemlərinin həlli istiqamətlərində bütün imkanların səfərbər olunaraq əməli tədbirlər görülməsi ilə bağlı rayon rəhbərliyini əmin etmişdir. Hesabat məruzəsindən sonra məruzə ətrafında çıxışlar dinlənilmiş, qəsəbə nümayəndəliyinin 2011-ci ildə fəaliyyəti qənaətbəxş hesab edilmişdir. Hesabat yığıncağında iştirak edən qəsəbə sakinləri qəsəbədə görülən işlərlə bağlı öz fikir, irad və təkliflərini bildirmişlər.
|